
Xorvatiyada, Adriatik dənizinin sahilində yerləşən Rieki şəhərində, on min insan tutumu olan yeni məscidin açılışı olub. Məsciddə eyni zamanda İslam mərkəzi fəaliyyət göstərəcək. Tikilməsi 1984 cü ildən planda olan məscid ancaq son üç il ərzində Qətərin maliyyə dəstəyi ilə tikilmişdir.
Balkanlarda ən gözəl məscid hesab olunan məscid Osmanlı dövründən sonra Xorvatiyada minarə ilə tikilən ilk məsciddir.