20 Sentyabr, 2022
Laçın rayonu ərazisində erməni təxribatı zamanı basdırılan növbəti minalar zərərsizləşdirilib
Laçında minalanmış sahə təmizlənib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.

Ahlibeyt.az xəbər verir ki, bu barədə Müdaxiə Nazirliyinin məlumatında bildirilib.

Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.

Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir.

Laçında minalanmış sahə təmizlənib
Laçında minalanmış sahə təmizlənib

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11903.html