13 May, 2013
Myanma hökuməti cihad hökmündən qorxuya düşüb.

 

İndoneziyanın İslamyönlü Hərəkatı Myanmada silahsız müsəlmanları qətlə yetirən bütpərəstlərə qarşı cihad elan edib. Bütpərəstlərin müsəlmanları sixiştırmasına, kütləvi qətliyamı qarşısında sakit duran Myanma hökuməti İndoneziyalıların cihad fətvasından qorxuya düşərək bir sıra təhlükəsizlik tədbirlərinə əl atıb.

Polis idarəsinin müdirinin məlumatına görə hər məscidin ətrafına beş polis qoyulmuş, şəhərə giriş və çıxışın təhlükəsizliyi gücləndirlmişdir.

Yeri gəlmişkən Əlcəzairdə Myanma müsəlmanlarına dəstək məqsədiylə imza toplama aksiyası keçirilmişdir. Aksiyada 600 minə yaxın insanın imzası toplanaraq Myanma hökumətinin müsəlmanların qətliamına son qoyulması tələbı irəli sürülmüşdür. İmzalar həm Myanma hökumətinə həm də bir sıra beynəlxaql təşkilatlara göndəriləcək.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1190.html