13 May, 2013
Rəcəb ayında gündəlik oxunan dua və tərcüməsi.

Peyğəmbər (s): "Rəcəb ümmətimin istiğfar ayıdır"

Hədis və rəvayətlərdə Rəcəb ayının hər günündə oxunan çoxlu dualar nəql olunur. İmam Sadiqin(ə) səhabələrindən biri ondan xahiş edir ki, Rəcəb ayı üçün bir dua öyrətsin. İmam(ə) namazlardan sonra ona bu duanı oxumağı tövsiyə edir:

“Bismillahir-Rəhmanir-Rəhim. Ya mən ərcuhu li kulli xeyr və amənə səxətəhu ‘ində kulli şərr. Ya mən yu’til-kəsirə bil qəlil.Ya mən yu’ti mən səələh. Ya mən yu’ti mən ləm yəs’əlhu və mən ləm yə’rifhu təhənnunən minhu və rəhməh. Ə’tini bi məs’ələti iyyək cəmi’ə xeyrid-dunya və cəmi’ə-xeyril axirəh. Vəsrif ‘ənni bi məsə’ləti iyyək cəmi’ə şərrid-dunya və şərril-axirəh. Fəinnəhu ğeyru mənqusın mə ə’təyt və zidni min fəzlikə ya Kərim” (sonra imam Sadiq (ə) sol əlinə alıb sağ əlinin işarə barmağını yellədərək bu duanı oxudu:)  “Ya zəl cəlali vəl-ikram, ya zən-nə’mai vəl-cud, ya zəl-mənni vət-təul, hərrim şeybəti ‘ələn-nar”. (Əgər kiminsə saqqalı yoxdursa, saçından tutub duanın sonunda “şeybəti” yerinə “şəri” desin)

Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram.

Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir.  Ey o Allah ki, Ondan istəyənə əta edir. Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir.

Sən o Allahsan ki, Səndən istəməyənə və Səni tanımayana da əta edirsən. Səndən istəyirəm  Öz geniş rəhmətinlə mənə əta et.

İlahi,Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et.

İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!

Ey cəlalət və kəramət sahibi, ey nemətlər və bağışlamaq sahibi, ey mənn və kəramət sahibi, mənim tükümü oda haram et.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1189.html