
Təhsil İnstitutu Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə 2021-2022-ci tədris ilində həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsinin ikinci mərhələsinin icrasına başlayıb.
Ahlibeyt.az-ın məlumatına görə, İnstitutun məlumatında bildirilib ki, cari tədris ilində 10 region üzrə inklüziv sinif təşkil edilən məktəblərin sayı 22-yə çatıb. Layihənin məqsədi əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.