
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının “Nadir kitablar” fondunda müxtəlif dövrləri əhatə edən dəyərli nümunələr qorunur.
Ahlibeyt.az-ın xəbərinə görə, Muzeydən mətbuata verilən açıqlamada bildirilib ki, təqdim olunan “Misirlilər, karfagenlilər, assuriyalılar, babillilər, midiyalılar, farslar, makedoniyalılar və yunanlar haqqında qədim hekayə” (Sankt-Peterburq, İmperator Elmlər Akademiyası, 1749) adlı nadir nüsxənin müəllifi olan fransız yazıçı Şarl Rollen kitabda oxuculara xalqların qədim tarixini, onların ictimai-iqtisadi vəziyyətini, Misir fironlarının yürüşləri və qədim Misir cəmiyyətinin etnoqrafik təsvirini geniş şəkildə təqdim edir.
Kitab 1749-cu ildə Sankt-Peterburqda nəşr olunub, sonradan fransız dilindən rus yazıçısı Vasili Trediakovski tərəfindən rus dilinə tərcümə olunub.