
Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari il sentyabrın 12-13-də ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində Ermənistanın həlak olmuş 100-ə qədər hərbçisinin cəsədini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.
Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından mətbuata verilən açıqlanmada bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.