
Beynəlxalq hüquq müdafiə təşkilatı «Human Rights Watch» Səudiyyə rejiminin kəskin tənqidçisi olan Ayətullah Baqir
əl-Nimrin “ədalətli məhkəməyə layiq” olduğunu həmçinin Şeyx Nimrin təcili olaraq tibbi müalicə olunmasını Səudiyyə rejimindən tələb etdi. Təşkilat Səudiyyə rejiminin Beynəlxalq qanunları öyrənməyə və onlara riayət etməyi tövsiyyə etdi.
Xatırladak ki, 8 iyul 2012-ci ildə Ayətullah Baqir əl-Nimrin avtomobili Ali Səud polisi tərəfindən atəşə tutulmuşdur. Atəş nəticəsində yaralanan Ayətullah əl-Nimr avtomobilin idarəetməsini itirmişdir və avtomobil divara çırpılmışdır. Bundan sonra Ali Səud polisi onu yaralı olaraq həbs eləmişdir. Onun işi üzrə məhkəmənin ikinci dinləməsi bu ilin aprelin sonunda olmuşdur.