12 May, 2013
Ayatullah Xamenei Rəcəb ayı haqqında.


Qafil ürək, şeytanın hücumlarına məruz qalır. Şeytan insanın ruhuna hakim olsa dünyada şər və fəsad meydana gələr. Aləmdəki hər cür şər və fəsadla mübarizə etmənin doğru yolu Allahla əlaqə yaratmaq və şeytanın nüfuzundan ruhu toxunulmaz etməkdir. Bəşərin bütün səfalət və çətinliklərinin qaynağı Allahdan uzaq olmağındadır. Bu səbəbdən İslamda uca Allahla əlaqə yaratmaq üçün xüsusi fürsətlər müəyyən edilmişdir. Bu fürsətlərdən biridə "Rəcəb" ayıdır.
Rəcəb ayının qədrini bilin. Bu ay üçün zikr edilən duaların hamısı dərsdir. Əgər Müsəlman bir insan Rəcəb ayında və daha sonra Şaban ayında uca Allahla olan əlaqəsini möhkəmləndirib və daha yaxın etsə, Ramazan ayına hazırlıqlı girmiş olar. O zaman Ramazan ayı "İlahi ziyafət" olar. İnsan hazır olmalı və daha sonra ziyafətə girməlidir. "Əvvəl təmizlən…"
İnsan, bu təmizliyi Rəcəb və Şaban ayında etməlidir ki Ramazan ayında ilahi süfrənin başında otura bilsin. Və o süfrədən nemət əldə edərək feyizlene bilsin. Əgər Ramazan ayından feyz alsaq, o zaman əməlimiz, əxlaqımızda,ruhumuzun aramlığında irəliləyişlər baş verər. Bizlər bu imtahanları yerinə yetirmədiyimizə görə problemli nəticəsin öz bədənimizdə və cəmiyyətimizdə görmək məcburiyyətində oluruq.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1185.html