9 Sentyabr, 2022
Ərdoğan: “Avropa zənn edildiyi qədər rahat və dinc deyil”

Türkiyənin təbii qazla bağlı hər hansı bir narahatlığı yoxdur və Rusiya Türkiyəyə qarşı hər hansı bir sanksiya tətbiq etmir.

Ahlibeyt.az xəbər verir ki, APA-nın “Hürriyyət“ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrinə səfərindən geri qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Avropa zənn edildiyi qədər rahat və dinc deyil, çox fərqli bir istiqamətə gedir.

Ərdoğan Türkiyəyə ixrac edilən qazın qiyməti ilə bağlı Rusiya tərəfi ilə danışıqların olduğunu qeyd edib. O əlavə edib ki, 2023-cü ildə Türkiyə öz təbii qazını çıxarmağa başlayacağı təqdirdə, vətəndaşlara daha ucuz qiymətə qaz satışı həyata keçiriləcək

Türkiyə Prezidenti qeyd edib ki, daha əvvəl Almaniya və Fransa liderləri ilə söhbətləri zamanı onlar kömürlə işləyən İES-lərin, hətta AES-lərin istismardan çıxarılmasında israrlı olduqlarını bildiriblər. Lakin Avropada qaz böhranı səbəbi ilə həmin ölkələr əvvəlki “yaşıl enerji” siyasətlərinin ziddinə olaraq həmin stansiyaların fəaliyyətini bərpa etməyə başlayıblar.



 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11842.html