12 May, 2013
Mübarək Rəcəb ayı.


12 may 2013 cü il Rəcəb ayının 1 dir.
Rəcəb - qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. Imam Əli(ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin(s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”.
Bu aydan başlayaraq müsəlmanlar ilahi ziyafətə - müqəddəs Ramazan ayına hazırlaşmağa başlayırlar. Aləmlərin Rəbbi qarşısında hazırlıqlı olmaq üçün Rəcəb və Şəban ayları hazırlıq müddəti kimidir. Bu aylarda dualar və tövbələr tez qəbul olunar. Rəvayətlərdə bildirilidiyi ki, Rəcəb, Şaban və müqəddəs Ramazan ayları ilin ən fəzilətli vaxtlarıdır. Peyğəmbər(s) buyurur ki, bu istiğfar (Allahdan bağışlnma istəmək) ayıdır və ona “Əsəbb” (çox tökülən) deyilir, çünki ilahi rəhmət çox nazil olur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1183.html