
“Prezidentin tapşırığına uyğun olaraq, ötən ildən yeni alətlər və avadanlıqları ölkəyə gətirmişik. Hazırda bu proses bu gün də davam edir”.
Ahlibeyt.az-ın “Report”a istinadən xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq yeni alətlərin və avadanlıqların böyük bir hissəsi Azərbaycana gətirilib:
“İlin sonunadək də qalan hissə ölkəyə gətiriləcək. ANAMA bu gün inkişaf edir və potensialı, işçi qüvvəsi artır. Lazım olduqca da yeni avadanlıqlar ölkəyə gətiriləcək”.