2 Sentyabr, 2022
Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri ölkəmizə gəlib

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.

Ahlibeyt.az-ın xəbərinə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib ki, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11806.html