9 May, 2013
Livanlı Ayatullah Qabalan İsrail rejimini ittiham etdi.

Al Minar Televiziyasının verdiyi məlumata görə, Livan Şiə Müsəlmanları Məclisinin vitse prezidenti
Ayatullah Qabalan müsəlmanları sionist rejiminin təcavüzlərinin qarşısın almaq üçün həmrəliyə cağırıb.

Ayatullah Qabalanın sözlərinə görə, məlum hücumlar İslama qarşı yürüdülən sil-silə addımların başlanğıcıdır.

“Ərəblər və müsəlmanlar birləşib Suriya ətrafında gedən bu təcavüzlərə, günahsız insanalrın qanının axıdılmasına son qoymağa çalışmalıdırlar.”

Xatırladaq ki, İsrail rejiminin hərbi təyyarələri şənbə günü səhər saatlarında, Dəməşqin ətrafına hava hücumları təşkil etmişdir. Bu hücumların nəticəsində 300 dən artıq günahsız insan həlak olub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1180.html