
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə tenderə yekun vurub.
Ahlibeyt.az-ın məlumatına görə, "APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Real-İnşaat” MMC seçilib.
Müqavilə üzrə “Real-İnşaat”a 1 milyon 298 min manat ödəniləcək. Qeyd edək ki, şirkət Tərtərdə tikinti-bərpa işlərini bu ilin sonuna kimi yekunlaşdırmalıdır.