29 Avqust, 2022
Ali məktəblərə ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisəslərinə ixtisas seçimi bu gün 09:00-da başa çatıb.

Ahlibeyt.az-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzindən mətbuata məlumat verilib.

İxtisas seçimi 28 avqust 23:59-da başa çatmalı olsa da, müddət bu gün 09:00-dək uzadılmışdı.

Məlumata görə, ümumilikdə 66744 ərizə təqdim edilib.

I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə isə 10527 nəfər ixtisas seçimi ərizəsi qeydə alınıb.

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.

Məlumata görə, ümumilikdə 66744 ərizə təqdim edilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11791.html