27 Avqust, 2022
Türk Dövlətləri Təşkilatından Laçınla bağlı BƏYANAT

Türk Dövlətləri Təşkilatı Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı bəyanat yayıb.

Ahlibeyt.az Modern.az-a istinadən xəbər verir ki, bəyanatda təşkilatın Baş Katibliyi yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını alqışlanıb.

“Türk Dövlətləri Təşkilatı qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini, sadiqliyini bir daha bəyan edir və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirir.

Türk Dövlətləri Təşkilatı diplomatik səylərin vacibliyini vurğulayır, Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş ərazilərə qaytarılması işinə xidmət edəcək Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir”, - bəyanatda deyilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11785.html