
ABŞ Dövlət Departamenti Qafqazda danışıqlar üzrə yeni baş məsləhətçi təyin edib.
Ahlibeyt.az xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken tviterdə bildirib:
“Mən səfir Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi və Minsk Qrupunun həmsədri təyin etdim. Səfir Rikerin təyin edilməsi Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə sadiqliyimizi bir daha təsdiq edir”.