16 Oktyabr, 2012
Həcc savabına bərabər namaz

Həcc əməlinin başlanmasına bir neçə gün qalıb. Hər il olduğu kimi bu il də bir çox müsəlmanlar Allah evinin və Hz.Rəsuli-Əkrəmin(s) ziyarət edilməsinə nail ola bilmədilər. Amma təəssüflənməyə dəyməz. Hz.İmam Sadiq(ə) biz müsəlmanlara bir namaz öyrədib ki, həmin namazı qılan şəxs Həcci yerinə yetirən şəxsin savabına nail olur.

Hz.İmam Sadiq(ə) buyurmuşdur: "Atam Məhəmməd Baqir(ə) mənə buyurdu: "Oğlum Zilhiccə ayının ilk on günlüyündə şam və xiftən namazları arasında olan namazı heç vaxt tərk etmə. Həmin namaz iki rikətdən ibarətdir; hər rikətdə Fatihə surəsindən sonra Əraf surəsinin 142-ci ayəsini oxu. Əgər həmin namazı qılarsansa, baxmayaraq ki, Həccə getməmisən amma Həcc əməli yerinə yetirmiş şəxsin savabına nail olarsan".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1177.html