22 Avqust, 2022
Beş ərəb dövlətinin başçıları Misirdə bir araya gəliblər

Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İraq və İordaniya liderlərinin zirvə toplantısı keçirilir.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, Misirin şimal-qərb sahilində yerləşən "Yeni Əl Alameyn" şəhəri bu gün, bazar ertəsi BƏƏ, Misir, Bəhreyn, İordaniya və İraq liderlərini bir araya gətirən ərəb sammitinin şahidi olacaq.

Zirvə sammiti Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə bu ölkələr arasında davamlı koordinasiya və məsləhətləşmələr çərçivəsində birgə ərəb fəaliyyətinə xidmət etmək və ərəb əlaqələrini yuxarı səviyyəyə çatdırmaq, müxtəlif cari beynəlxalq və regional çağırışlarla üzləşmək üçün keçirilir.

Sammitdə həmçinin birgə iqtisadi layihələrin müzakirəsi planlaşdırılır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11759.html