
Şuşada "Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Mədəniyyət Nazirliyindən mətbuata açıqlama verlib.
Konfrans sentyabrın 18-19-da Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı baş tutacaq.
Konfransda müxtəlif istiqamətlər üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.