
Misir ordusunun Sinay yarımadasının şimalında keçirdiyi antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatının bu bölgədəki lideri “Əbu Ənas” ləqəbli təhlükəli terrorçu Cəmil Süleyman Zurayi və onun oğlu öldürülüb.
Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Əl-Ariş şəhərində keçirilən əməliyyat zamanı İŞİD liderinin ətrafında olan bir neçə terrorçu da zərərsizləşdirilib.
Misir ordusu 2013-cü ildən bəri Sinay yarımadasının şimalında İŞİD terrorçularına qarşı hərbi əməliyyatlar həyata keçirir. Bunun nəticəsində son illər ölkədə törədilən terror aktlarının sayı xeyli azalıb.