
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının qaliblərini təbrik edib.
Ahlibeyt.az xəbər verir ki, Türkiyə Prezidentinin rəsmi tviter səhifəsində bununla bağlı paylaşım edilib.
Oyunlarda 341 medal qazanan türk idmançıları təbrik edən Prezident Ərdoğan bildirib: “Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında alın təri tökən, ümumilikdə 341 medal qazanaraq tarixi nəticə əldə edən bütün idmançılarımızı təbrik edirəm. İslam aləminin müxtəlif guşələrindən ölkəmizə təşrif buyurmuş qonaqlarımıza ürəkdən təşəkkürümü bildirmək istəyirəm”.