17 Avqust, 2022
Səfir: Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək

"Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək".

Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.

“Mina axtaran itlər bu çətin işin öhdəsindən əla gəlirlər. Onların sayəsində insanların həyatları daha az risk altında olur. Biz bu sahədə Azərbaycanla əməkdaşlığı davam etdirmək və daha da genişləndirmək üçün çalışacağıq”, - diplomat qeyd edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11731.html