16 Avqust, 2022
Məkkədə Kəbə evinin yuyulması mərasimi keçirilib (FOTO)

Məkkədə müqəddəs Kəbə evinin yuyulması mərasimi keçirilib. Bu mərasimə Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz qatıla bilməyib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, hər il olduğu kimi bu ildə də Kəbə evinin zəmzəm suyu, xüsusi gülüb və ətirlərlə yuyulması mərasimi keçirilib.

Adəti üzrə Səudiyyə Ərəbistanı kralının bu mərasimə qatılması bir ənənə olsa da Salman bin Əbdüləziz bu mərasimə qatılmayıb.

Əvəzində Kəbə evinin yuyulmasında kralın oğlu vəliəhd Məhəmməd bin Salman iştirak edib.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11725.html