
Beynəlxalq İnformatika Olimpiadasında (IOI) Azərbaycan məktəbliləri 1994-cü ildən etibarən iştirak edirlər. 2019-cu ilə qədər bu olimpiadada əldə edilən medalların sayı 5, 2019-cu ildən bu günədək isə 6-dır.
Ahlibeyt.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib.
Azərbaycan məktəbliləri 2014-cü ilə qədər informatika fənni üzrə müxtəlif beynəlxalq olimpiadalarda 2 gümüş və 8 bürünc olmaqla 10 medal əldə ediblər. 2014-cü ildən etibarən isə beynəlxalq olimpiadalara hazırlıq mərkəzi yaradıldıqdan sonra 1 qızıl, 11 gümüş və 36 bürünc medal olmaqla cəmi 48 medal qazanılıb.