15 Avqust, 2022
Misirdə kilsədə yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb

Misirin əl-Cizə əyalətinin şimalında yerləşən İmbabə qəsəbəsində məşhur kilsənin yanması nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Ahlibeyt.az-ın məlumatına görə,  SalamNews Misir mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə mənbələri yekun rəqəmi açıqlayıblar.

Bildrilib ki, İmababə qəsəbəsində yerləşən Əbu-Seifin kilsəsində yanğında həyatını itirənlərin sayı 41, yaralananlar isə 15 nəfər təşkil edir.

Məlumata görə, yanğın kilsənin havalandırma sisteminə keçəndən sonra tüstü ətrafa yayılıb və ölənlərin bir qismi boğulmadan həyatını itiriblər.

Misirn prezidenti Əbdül-fəttah Sisi ölkə xristianlarına başsağlığı və hadisə ilə bağlı araşdırılmanın aparılması barədə göstəriş verib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11718.html