6 Avqust, 2023
Şamın 7 müsibəti İmam Səccadın(ə) dili ilə

İmam Zeynəl-Abidindən (ə) Kərbəlanın ən çətin müsibətləri haqqında soruşulanda, imam buyurdu: “Şam, Şam, Şam. O həzrət Şamdakı çətinliklərin Kərbəladakı çətinliklərdən də ağır və böyük olduğunu buyurdu.”

İmam Zeynəl-Abidindən (ə) Kərbəlanın ən çətin müsibətləri haqqında soruşulanda, imam buyurdu:

“Şam, Şam, Şam. O həzrət Şamdakı çətinliklərin Kərbəladakı çətinliklərdən də ağır və böyük olduğunu buyurdu.”

O həzrət başqa bir rəvayətdə Nöman bin Muznir Mədayiniyə belə buyurdu: “Şamda 7 müsibətlə qarşılaşdıq ki, hələ əsirliyin əvvəlindən axırına qədər elə müsibət görməmişdik.”

- Zalımlar Şamda bizi qılınc və nizələrlə əhatə etmişdilər və bizə hücum edirdilər. Bizi çalıb oynayan insanların içərisndə çox saxladılar. 82

- Şəhidlərin başlarını xanımların kəcavələrində yerləşdirdilər. Atam və əmim Abbasın (ə) başlarını bibim Zeynəb (ə) və Ümmü Gülsümün gözü önündə yerləşdirdilər. Qardaşım Əli Əkbər (ə) və əmim oğlu Qasimin başlaırını bacım Səkinə və Fatimənin (ə) gözü önündə qoydular. Onlar kəsik başlarla oynayırdılar və bəzən də baş yerə düşürdü. Hətta dəvələrin ayağı altda qalırdı.

- Şamlı qadınlar evlərin üstündən başımıza su və od tökürdülər. Bir dəfə alov əmmaməmə düşdü və əllərim bağlı olduğu üçün onu söndürə bilmədim. Əmmamə yandı və alov başımı da yandırmışdı.

- Sübh tezdən gün çıxandan axşama, gün batana kimi bizi bazarda, küçələrdə musiqi alətləri ilə gəzdirir və deyirdilər: “Ey camaat! Bunları öldürün. Çünki bunların heç bir hüququ və hörməti yoxdur.”

- Bizi bir iplə bağladılar və yəhudi və nəsranilərin evlərində gəzdirir və onlara deyirdilər: “Bunlar o kəslərdir ki, Xeybərdə, Xəndəqdə bunların ataları sizin ata-babalarınızı öldürmüşlər və evlərini dağıtmışlar. Bu gün də siz bunlardan intiqam alın.”

- Bizi qul bazarına aparıb qul-kəniz kimi satmaq istədilər. Lakin Allah-taala buna izn vermədi və istədikləri həyata keçmədi.

- Bizi elə yerdə məskunlaşdırdılar ki, gündüz günəşin istiliyindən və gecə də havanın soyuqluğundan rahatlığımız yox idi. Aclıq və susuzluqdan və həlak olmaqdan hər an qorxuda idik. Əmin-amanlığımız yox idi.

Molla Həbib Kaşani, “Təzkirətuş-şuhəda”

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11714.html