19 Sentyabr, 2012
Misir baş prokuroru rəzil keşişin həbsi edilməsi üçün order verib

Rossia Today xəbər verir ki, Misirin baş prokuroru bir neçə il bundan öncə Quranı yandıran və "Müsəlmanların məsumluğu" filminin prodüseri olan Terri Consun və 7 nəfər qibtinin həbs olunması barədə order verib.

Orderə əsasən görə Terri Cons və Misirdən xaricdə yaşayan 7 nəfər qibti müsəlmanları açıq-aşkar təhqir etmiş, Misirin milli vəhdətinə ziyan vurmuş və yalan məlumatlar yaymışlar.

Bildirilir ki, Terri Consdan əlavə həbs qərarı çıxarılmış qibtilər Hz.Məhəmmədi(s) təhqir edən filmin yaradıcılarından və onun yayımlanması ilə məşğul olan kimsələrdirlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1170.html