12 Avqust, 2022
XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında Azərbaycan filmləri də nümayiş olunacaq

Sentyabrın 7-dən 11-dək Tatarıstanın paytaxtında keçiriləcək XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında Azərbaycan filmləri də nümayiş olunacaq.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Rusiya - İslam dünyası” proqramında Əli-Səttar Quliyevin “Olimpiya” tammetrajlı bədii filmi, “Türk dünyası” proqramında Elvin Mirzəyevin “Qul” filmi, “Qısa filmlər” proqramında Qulu Əliyevin “Hasar”, “Qısametrajlı Sənədli Filmlər” proqramında isə Elvin Aşirovun “Eviniz haradadır” filmləri təqdim ediləcək.

XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının münsiflər heyətinə Rusiyanın Xalq artisti Vladimir Xotinenko sədrlik edəcək. Münsiflər heyətinə dünyanın tanınmış kino tənqidçiləri, rejissor və aktyorlar daxildir.

Ümumilikdə bu il festivalda dünyanın 44 ölkəsindən iştirak üçün 625 müraciət qeydə alınıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11694.html