9 Avqust, 2022
Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir

Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir.

Ahlibeyt.az xəbər verir ki, bu təkliflə Report-a açıqlamasında "Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli çıxış edib.

O bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır:

"Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11670.html