
Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da Aşura qeyd olunur.
Əziz islam Peyğəmbəri Həzrəti Məhəmmədin(s) nəvəsi, müsəlmanların üçüncü İmamı Həzrəti İmam Hüseyn(ə)ın Kərbəlada Aşura faciəsi ilə bağlı bu gün paytaxt Bakıda və ölkənin bütün bölgələrində əzadarlıq mərasimləri keçirilib. Həmçinin məscidlərdə və onlara yaxın ətrafda ehsan süfrələri açılıb.
Ahlibeyt.az xəbər verir ki, Pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasından sonra ilk dəfədir Aşura mərasimləri əvvəlki kimi izdihamla keçirilir.
Fotolar Salamnews-a aiddir