6 Avqust, 2022
Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) dövlət və qeyri dövlət informasiya resursları inzibatçılarını, eləcə də fişinq tipli hücumlara qarşı vətəndaşları diqqətli və ayıq olmağa çağırıb.

Ahlibeyt.az xəbər verir ki, bu barədə XİTDX-in Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, kiberhücumlar daim nəzarətdə saxlanılır və dövlət informasiya resurslarına qarşı bu ilin mayın 3-dən davam edən DDOS və digər tipli kiberhücumların qarşısı uğurla alınır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11652.html