
Bu gün 100 nəfəfə yaxın dindar ABŞ-ın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları Məhəmməd(s) peyğəmbər haqda ABŞ-da çəkilən filmə etiraz ediblər, filmi pisləyən şüarlar səsləndiriblər.
Aksiyaya müdaxilə edən polis onların səfirliyə yaxınlaşmasına imkan verməyib. Şahidlərin sözlərinə görə 10 nəfərə yaxın dindar aksiya zamanı saxlanılaraq Nəsimi rayon polis idarəsinə aparılıb.