5 Avqust, 2022
Xankəndində Azərbaycan bayrağı - FOTO

Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov Xankəndi şəhərində erməni ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Ahlibeyt.az Modern.az-a istinadən xəbər verir ki, görüş zamanı Volkov Qarabağda yaranmış vəziyyətlə bağlı sülhməramlı qüvvələrin mövqeyini izah edib.

General gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib.

Qeyd edək ki, görüşün keçirildiyi məkanda masanın üzərinə Azərbaycan, Rusiya və Ermənistanın dövlət bayraqları qoyulub.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11647.html