9 İyul, 2012
Ali Səud rejimi Ayətullah Baqir əl-Nimri həbs edib (video)

Səudiyyə Ərəbistanının tanınmış şiə alimi Ayətullah Baqir əl-Nimr bu gün günortadan sonra Ali Səud muzdurları tərəfindən həbs edilib.

Verilən xəbərlərə görə, Ayətullah Baqir əl-Nimrin avtomobili Ali Səud polisi tərəfindən atəşə tutulmuşdur. Atəş nəticəsində yaralanan Ayətullah əl-Nimr avtomobilin idarəetməsini itirmişdir və avtomobil divara çırpılmışdır. Bundan sonra Ali Səud polisi onu yaralı olaraq avtomobilindən çıxardaraq xidməti avtomobilə yerləşdirərək naməlum istiqamətə aparıb.

Son dəqiqələrin məlumatına görə bu hadisədən hiddətlənən Qəətif əhalisi küçələrə axışıb. Ali Səud muzdurları ilə camaat arasında qarşıdurmalar gedir. Hal-hazırda 12 nəfərin yaralandığı bildirilir ki, onlardan beşinin vəəiyyəti ağırdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1163.html