2 Avqust, 2022
Milli Kitabxana “2 Avqust – Azərbaycan Kinosu Günü” adlı virtual sərgi hazırlayıb

Azərbaycan Kinosu Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “ 2 Avqust – Azərbaycan Kinosu Günü” adlı virtual sərgi hazırlanıb.

Ahlibeyt.az-ın məlumatına görə, Milli Kitabxanadan  bildirilib ki, virtual sərgidə Azərbaycan kinosunun tarixini əks etdirən sənədlər, görkəmli şəxslərin kino tariximiz haqqında olan fikirləri, fotolar, Azərbaycan kinosunun tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html linkindən istifadə edə bilərlər.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11622.html