2 Avqust, 2022
MN: Erməni mətbuatında yayılan məlumat yalandır

Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi rəsmi facebook səhifəsində açıqlama verilib.

Qeyd edək ki, 1 avqust axşam saatlarından etibarən erməni mətbuatında və onlara məxsus sosial media hesablarında Azərbaycan ordusu tərəfindən atəş açılması barədə məlumatlar yayılıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11615.html