
Hicri-qəməri tarixi ilə yeni təqvim ilinin ilk ayının başlaması münasibətilə Kəbə evinin örtüyü dəyişdirilib.
Ahlibeyt.az xəbər verir ki, bu barədə “İki Müqəddəs Hərəmin İdarəsi” tvitter səhifəsində məlumat yayıb.
Bildirilib ki, bu gün şənbə yeni hicri-qəməri ilinin başlaması ərəfəsində Kəbə evinin örtüyünün dəyişdirilməsi mərasimi keçirilib.
Mərasim çərçivəsində Kəbənin böyük örtüyü dəyişdirilib.
Qeyd edək ki, bu örtüyün tikilməsi və hazırlanmasında 220 şəxs daimi olaraq işləyir.



