
Səudiyyə Ərəbistanın vəliəhdi şahzadə Naif bin Əbdül-Əzizin vəfat etməsindən sonra vahhabi şeyxi Şeyx Əli Rəbii bu "itki"ni Hz.Məhəmmədin(s) ölümündən daha ağır olduğunu bildirib.
Şeyx Rəbii Twitter sosial şəbəkəsində olan şəxsi səhifəsində şahzadə Naif bin Əbdül-Əzizin vəfatı barədə belə yazıb: "Hz.Rəsuləllah(s) dünyadan köçəndən sonra cammat nələrin baş verəcəyini bilirdi. Amma biz Naifin ölümündən sonra nə baş verəcəyindən xəbərsizik".