22 İyul, 2022
Baş Prokurorluq: İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb

intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

Ahlibeyt.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqda hazırda keçirilən Geniş Kollegiya İclasında bildirilib.

Qeyd olunub ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.

Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3 % azalıb.

Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11556.html