4 İyul, 2022
Qurban bayramında qeyri-iş günlərinin sayı bəlli olub

İyul ayında Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

Ahlibeyt.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9-u və 10-u Qurban bayramı günləri müəyyən edilib.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

Beləliklə,  9-10-11-12 iyul tarixlərində bayramlarla əlaqədar ardıcıl qeyri-iş günü olacaq.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11521.html