2 İyul, 2022
Təqvanın təsiri

Qurani-kərimdə çox təsadüf olunan sözlərdən biri də, «təqva»dır. Allah-təala öz bəndələrini təqvalı olmağa çağırır.

"Təqva" özünü qorumaq, çəkinmək mənasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən çəkindirə biləcək daxili bir qüvvədir.

Bir hədisdə Əmirəlmöminin (ə) təqvanın təsiri haqqında buyurur:

“Təqva yolunu seçən insandan çətinliklər uzaqlaşar, acılıqlar şirin olar, nigarançılıqlar və sıxıntılar aradan qalxar. Ardıcıl və yorucu çətinliklər asan görünər. Böyüklük və əzəmət yağış damlaları kimi başına enər. Mərhəmət və nemətlər geri qayıdar, tükənməkdə olan bərəkət yenidən artar.”

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11516.html