1 İyul, 2022
Həzrət Əlidən (ə) təfəkkür barədə ibrətli hədis

İmam Əli (ə) buyurur:

ألاَ لاَ خَيْرَ في علْمٍ لَيْسَ فِيهِ تَفَهُّمٌ

ألاَ لاَ خَيْرَ في قَرَائَةٍ لَيْسَ فِيْها تَدَبُّرٌ

ألاَ لاَ خَيْرَ في عِبادَةٍ لَيْسَ فِيْها تَفَكُّرٌ

 

“Agah olun, düşüncəsiz elm faydasızdır!”

“Bilin ki, təfəkkürsüz oxunan Quran faydasızdır!”

“Ayıq olun, düşünmədən edilən ibadət xeyir verməz!”

Qısa şərh

İnsanın həyat tərzi ilə dünyagörüşü və sağlam düşüncəsi arasında uyğunluq olmadığı zamana qədər, zehni elmi formullar, məntiq qaydaları və fəlsəfi nəzərlərlə yükləmək olduqca əhəmiyyətsizdir.

Quranın şərif ayələri oxunulan və ibadət edilən zamanalarda diqqət və təfəkkür olmazsa, onun ruh və həyatımıza təsir və faydası həddən artıq az olacaqdır. Belə isə, elmi düşüncə ilə mənimsəyib Quran ayələrini təfəkkürlə oxuyaq ki, bu yolla düşüncə əsasında yerinə yetirdiyimiz ibadətlərin dəyərli təsirini özümüzdə müşahidə edə bilək.

Hədislərdə həyat dəsrsi

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11506.html