31 May, 2012
Almaniyada smartfonlar üçün Həcc proqramı hazırlandı

Almaniyada yaşayan müsəlman proqrammisti hacıların işini xeyli asanlaşdıracaq proqram hazırlayıb. Smartfonlar üçün nəzərdə tutulmuş bu proqram həm naviqasiya, həm şəri məsələlərin öyrənilməsi üçün faydalıdır. Məkkədə olmayan, həcc ayinlərini bilməyən müsəlman asanlıqla müqəddəs şəhərdə yolları öyrənəcək, ümrə və Həccini yerinə yetirəcək. Bu barədə islam.ru xəbər verir.

Proqaramın müəllifi Ştutqart Universitetinin məzunu Həbibi-Rəhman Dəstgiri bu barədə ilk dəfə 2006-cə ildə ümrə ziyarəti zamanı düşünməyə başladı, çünki müqəddəs Kəbə evindən qayıtdıqda o, hotelə aparan yolu unutmuşdu. Əfqan əsilli proqrammist düşündü ki, Həcc ziyarəti zaman yəqin ki, vəziyyət daha da çətin ola bilər. GPS sisteminin Həcc üçün prototipini hazırlamaq məqsədilə o magistraturaya daxil oldu. Təhsilini bitirdikdən sonra o 2 ildən artıq tədqiqatla məşğul oldu. Nəhayət “Əmir” adlandırdığı proqramıə ərsəyə gətirdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1150.html