1 İyul, 2022
Azərbaycanda 2024-cü ildə İƏT ölkələrinin məhsullarının sərgisi təşkil oluna bilər

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin (ICDT) nümayəndələri ilə görüş keçirilib.

Ahlibeyt.az AZPROMO-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanda 2024-cü ildə İƏT ölkələrinin məhsullarının sərgisinin təşkil olunması, ICDT ilə əlaqələrin genişləndirilməsi, eləcə də inkişaf etməkdə olan Afrika ölkələrinin investisiyaların təşviqi üzrə agentlikləri tərəfindən AZPROMO-nun təcrübəsinin öyrənilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11498.html