1 İyul, 2022
“Qafqazda ilk respublikalar (1918-1921)” adlı kollektiv monoqrafiya nəşr olunub

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının “Qafqazda ilk respublikalar (1918-1921)” adlı kollektiv monoqrafiyası nəşr olunub.

Ahlibeyt.az-ın xəbərinə görə, AMEA Tarix institutunun məlumatında bildirilib ki, kitabın elmi redaktoru tarix elmləri doktoru, professor İradə Bağırova, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Hacı Həsənov və İlqar Niftəliyevdir.

Monoqrafiyada Rusiya imperiyası dağılandan sonra Qafqazda ilk müstəqil dövlətlərin yaranması, onların fəaliyyəti və süqutu problemləri tədqiq olunur. Azərbaycan Xalq Cümhuriyyəti ilə Dağlılar və Qars respublikaları arasındakı əlaqələrin tarixi araşdırılır, Azərbaycan tarixşünaslığında az öyrənilən Don və Kuban respublikalarının yaranma səbəbləri və fəaliyyəti təhlil edilir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11494.html