30 İyun, 2022
Roma Papası analara müraciət etdi: “Oğlanlarınızı evləndirin”

Papa Fransisk analara müraciət ünvanlayıb.

Ahlibeyt.az-ın “Haber Global”a istinadən məlumatına görə, Katolik dünyasının ruhani lideri analardan öz övladlarının toyunu gecikdirməməyi istəyib:

"Oğullarınızın köynəyini ütüləməyi dayandırın. Onları evlənməyə təşviq edin. Həddindən artıq sahiblənməyi dayandırın və yuvanı tərk etmələrinə icazə verin. Buna gecikməyin".

Anti-LGBT ritorikası ilə tanınan və buna görə, zaman-zaman bmüəyyən kəsim tərəfindən sərt tənqidlərə məruz qalan 85 yaşlı Papa Papa Fransisk evlilik yaşında olan, lakin hələ də ailə qurmayan kişilərə müraciət edərək bildirib: “Hər evlilikdə çətinliklər olur, ondan qorxmayın”.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11490.html