
İordaniya kralı İkinci Abdillah Yaxın Şərqdə NATO-ya bənzər hərbi ittifaqın yaradılmasının tərəfdarı olduğunu bildirib.
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Məyadinə istinadən xəbər verir ki, İordaniya kralı bunu CNBC telekanalına müsahibəsində deyib.
Kral ABŞ telekanalına müsahibəsində “İordaniya NATO ilə fəal işləyir və onilliklər ərzində NATO qüvvələri ilə çiyin-çiyinə vuruşaraq özünü alyansda tərəfdaş hesab edir”, deyə diqqət çəkib.
İkinci Abdullah əlavə edib: "Mən regionda daha çox ölkənin bura qatılmasını istərdim. Yaxın Şərqdə NATO-nun yaradılmasını dəstəkləyən ilk insanlardan biri olacağam. Bu ittifaq çox aydın olmalıdır və onun rolu müəyyən olmalıdır. Bəli, missiya bəyanatı çox açıq-aydın olmalıdır, əks halda hamını çaşdırar.”