
Azərbaycan Milli Kitabxanası “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü” adlı virtual sərgini onlayn rejimdə istifadəçilərin ixtiyarına verib.
Ahlibeyt.az-ın Millikitabxana-ya istinadən xəbər verir ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Silahlı Qüvvələrimizlə bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.